Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
  15 Noyabr 2023    Oxunub:1176
Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.

O, 1/4 finalda belaruslu İrina Vinaradavanı 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, milli üzvü finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də baş tutacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti