"Yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir"- Mikayıl Cabbarov

   "Yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir"-    Mikayıl Cabbarov
  15 Noyabr 2023    Oxunub:1173
"Azərbaycanın Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqeyi gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədrinin müavini Mikayıl Cabbarov Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çıxışı zamanı deyib.

"Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4%, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5% artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artırılması hədəflənir. Ümumiyyətlə, dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və investisiyaların rolu vacibdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti