Xavi “Barselona”dan gedir

Xavi “Barselona”dan gedir
  16 İyun 2014    Oxunub:1232
Luis Enrikenin “Barselona”ya baş məşqçi təyin olunmasıyla komandada başlanan islahatlar davam edəcək.
Qol.Az-ın İspaniya mətbuatın istinadən yaydığı xəbərə görə, Sesk Fabreqası 33 milyon avroya “Çelsi”yə satan “Barselona” digər ulduz oyunçusu Xavi ilə də yolları ayırmağı düşünür.

Məlumatda bildirilb ki, Xavi Qətərin “Əl-Sadd” klubu ilə ilkin razılığa gəlib. Bununla bağlı ilk xəbər Qətərin “Bein Sport” telekanlında yayılıb.

Qeyd edək ki, son vaxtlar İspaniya mətbuatı Luis Enrikenin Xavini yeni mövsümdə start heyətində görmədiyini yazıb. Bu səbəbdən onun dünya çempionatından sonra Kataloniya klubundan gedəcəyi iddia edilir.

2016-cı ilə qədər “Barselona” ilə müqaviləsi olan 34 yaşlı Xavi ilə ABŞ klublarının da maraqlandığı bildirilir.


Teqlər:





Xəbər lenti