"Kəpəz" yeni baş məşqçisini açıqladı

   "Kəpəz" yeni baş məşqçisini açıqladı
  13 Noyabr 2023    Oxunub:926
"Kəpəz"in yeni baş məşqçisi məlum olub.
AzVision.az xəbər verir ki, bununla bağlı Gəncə klubu açıqlama yayıb.

Bu vəzifə Adil Şükürova tapşırılıb. Onunla 2 illlik müqavilə bağlanılıb. Məşqçi bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Adil Şükürov vaxtilə futbolçu kimi "Kəpəz"də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "sarı-göylər"in heyətində ölkə çempionatının gümüş medallarını və Azərbaycan kubokunu qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti