Azərbaycan - İsveç oyununu qadın hakim idarə edəcək

   Azərbaycan - İsveç oyununu qadın hakim idarə edəcək
  13 Noyabr 2023    Oxunub:1051
Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.
AzVision.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü qadın hakim idarə edəcək. Matç isveçrəli Ester Ştaubliyə tapşırılıb.

Ona yan xətt hakimləri qismində Yonas Erni və Syuzanna Kyunq köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukaş Fandrix VAR, Layonel Çudi isə AVAR olacaq.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti