Daha bir qazi uğurla müalicə olundu

Daha bir qazi uğurla müalicə olundu
  11 Noyabr 2023    Oxunub:933
Həkimlər Qarabağ müharibəsi qazisi Həzi Abdullayevi uğurlu şəkildə müalicə ediblər.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilən məlumata görə o, xəstəxananın Nefrologiya şöbəsinə ümumi zəiflik, halsızlıq, diurezin azalması, massiv ödəmlər, yüksək arterial təzyiq şikayətləri ilə daxil olub.

Nefrologiya şöbəsinin müdiri Xəyalə Tahirova tərəfindən xəstəyə xroniki fokal seqmentar qlomerulonefrit, nefrogen hipertenziya, renal anemiya, xroniki böyrək xəstəliyinin kəskinləşməsi, hemodializ diaqnozu qoyulub.

Həzi Abdullayevə müayinə: böyrək biopsiyası-fokal seqmentar qlomeruloskleroz-qlomerulonefritin (müalicəyə çətin və zəif tabe olan növü) müalicəsi tətbiq olunub.

Müalicədən sonra xəstənin ümumi vəziyyətində yaxşılaşma qeyd olunaraq ambulator müalicə ilə evə yola salınıb.

Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının rəhbərliyinə və Nefrologiya şöbəsinin həkim və tibb personalına öz minnətdarlığını bildirib.
AzVision.az



Teqlər: Qazi  





Xəbər lenti