Veteran futbolçu vəfat etdi

   Veteran futbolçu vəfat etdi
  13 Noyabr 2023    Oxunub:1015
"Kəpəz" klubunun veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, İsmayıl Hüseynov Yunis Hüseynovun qardaşıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti