Məşhur çempion uzun müddətdən sonra döyüşə çıxır

Məşhur çempion uzun müddətdən sonra döyüşə çıxır
  11 Noyabr 2023    Oxunub:1338
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor 2024-cü ilin yayında oktaqona çıxa biləcək.
AzVision.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt "Adam's Apple" nəşrinə müsahibəsində bildirib.

O, dünən 35 yaşlı irlandiyalı idmançı ilə danışdığını söyləyib: "Konor hazırdır və döyüşmək istəyir. Lakin hələlik 6 ay gözləməli olacaq. Onu 2024-cü ilin yayında yenidən döyüşlərdə görə bilərik".

Qeyd edək ki, Konor Makqreqor 2021-ci ildə ABŞ-dan olan Dastin Porye ilə görüşdə ciddi zədə almışdı.
AzVision.az



Teqlər: UFC  





Xəbər lenti