"Qarabağ"ın futbolçuları Kabo Verde millisinə dəvət alıblar

"Qarabağ"ın futbolçuları Kabo Verde millisinə dəvət alıblar
  11 Noyabr 2023    Oxunub:1277
"Qarabağ" klubunun futbolçuları Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde millisinə dəvət alıblar.
Hər iki yarımmüdafiəçi Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə oyunları üçün yığmaya cəlb ediliblər.

Qeyd edək ki, noyabrın 16-da Anqolanı qəbul edəcək komanda noyabrın 21-də Cənubi Afrika Respublikasında Esvatini ilə üz-üzə gələcək. D qrupunda Kamerun, Liviya və Mavriki milliləri də mübarizə aparacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti