Sambo çempionatında rusiylılarla ukraynalılar əl sıxmayacaq

Sambo çempionatında rusiylılarla ukraynalılar əl sıxmayacaq
  10 Noyabr 2023    Oxunub:940
Noyabrın 10-dan 12-dək İrəvanda keçirilən sambo üzrə dünya çempionatında Rusiya və Ukrayna idmançıları arasında məcburi əl sıxma ləğv edilib.
Bu barədə qərar Beynəlxalq Sambo Federasiyasının (FIAS) icraiyyə komitəsinin iclasında qəbul edilib. Ukrayna və Belarus idmançıları arasında məcburi əl sıxma tədbirləri də ləğv edilib.

Ukrayna sambo komandası 2023-cü ilin sentyabrında Avropa çempionatını, eləcə də Qırğızıstanda keçiriləcək dünya çempionatını boykot edib.


AzVision.az


Teqlər:





Xəbər lenti