Neftçalada şübhəli şəxs həyatına qəsd edib

Neftçalada şübhəli şəxs həyatına qəsd edib
  10 Noyabr 2023    Oxunub:1074
16 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 04 radələrində həyatına qəsd edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, göstərilən tibbi müdaxilələrə baxmayaq onun həyatını xilas etmək mümkün olmayıb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti