Günün oyunu: Almaniya-Portuqaliyaya qarşı

Günün oyunu: Almaniya-Portuqaliyaya qarşı
  16 İyun 2014    Oxunub:993
Braziliyada keçirilən dünya çempionatı öz həyəcanı ilə davam edir.
AzVision.az xəbər verir ki, bu gün G və F qruplarında ilk turun oyunları keçiriləcək. Günün ilk matçı G qrupunda baş tutacaq. Bakı vaxtilə saat 21:00-da Almaniya millisi ilə Portuqaliya yığması münasibətlərinə aydınlıq gətirəcəklər.

F qrupunun Nigeriya- İran qarşılaşması isə gecə saatlarında ,saat 00:00-da start götürəcək.

G qrupunun digər oyununda ABŞ və Qana yığmaları qarşılaşacaq. Oyun 03:00-da başlayacaq.

Emin


Teqlər:





Xəbər lenti