Azərbaycan futboluna ağır itki

Azərbaycan futboluna ağır itki
  16 İyun 2014    Oxunub:1308
Qadınlardan ibarət milli komandamızın sabiq baş məşqçisi Şamil Heydərov 77 yaşında dünyasını dəyişib.
1937-ci ildə anadan olan mütəxəssis bir müddət idi müalicə olunurdu. O, ürək ağrılarından əziyyət çəkirdi.

Qeyd edək ki, Heydərov müxtəlif vaxtlarda Mingəçevirin “Avtomobilçi” komandasının baş məşqçisi olub. Daha sonra “Neftçi”də Ruslan Abdullayevin, Əhməd Ələsgərovun köməkçisi olub.

Mütəxəssis bir müddət qadınlardan ibarət Azərbaycan yığmasının, eləcə də U-19 və U-17 komandalarının, eləcə də “Ruslan-93” klubunun baş məşqçisi olub.


Teqlər:





Xəbər lenti