Zəfər Gününün ilk körpəsi Zəfər - FOTO

   Zəfər Gününün ilk körpəsi Zəfər    - FOTO
  08 Noyabr 2023    Oxunub:1100
Bakıda Zəfər Gününün ilk dəqiqələrində dünyaya gələn körpəyə Zəfər adı verilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumatı Sabunçu Tibb Mərkəzinin Mətbuat Xidməti yayıb.

Qeyd edilib ki, uşaq noyabr ayının 8-i, günün ilk dəqiqələrində Sabunçu Tibb Mərkəzinin nəzdindəki 2 saylı Doğum Evində dünyaya gəlib. Körpəyə Zəfər adı verilib.

O da vurğulanıb ki, balaca Zəfərin atası Vüsal Həmidov 44 günlük Vətən müharibəsində iştirak edib, hərbçidir.

AzVision.az



Teqlər: Zəfər  





Xəbər lenti