"Qarabağ"ın qapıçısı Rusiya millisinə çağırıldı

"Qarabağ"ın qapıçısı Rusiya millisinə çağırıldı
  07 Noyabr 2023    Oxunub:1235
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Valeri Karpin noyabrda keçiriləcək təlim-məşq toplanışı üçün 29 nəfərlik heyətə 31 yaşlı qolkiperi də daxil edib.

Noyabrın 13-də başlayacaq təlim-məşq toplanışından sonra yekun heyət açıqlanacaq.

Qeyd edək ki, Rusiya noyabrın 20-də Volqoqradda Kuba millisi ilə yoldaşlıq oyunu keçirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti