Şəkidə ev yanıb, 1 nəfər ölüb

Şəkidə ev yanıb,    1 nəfər ölüb
  07 Noyabr 2023    Oxunub:1329
Şəki şəhərində ümumi sahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğının yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

AzVision.az


Teqlər:





Xəbər lenti