Keçmiş məhkum silahla saxlanıldı

Keçmiş məhkum silahla saxlanıldı
  05 Noyabr 2023    Oxunub:1620
Sumqayıt şəhərində keçmiş məhkumda silah aşkarlanıb.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunan, Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Kələntərov Rahim Səxavət oğlunun üzərindən “Walter” markalı tapança və həmin tapançaya aid 1 ədəd boş sandıqca aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti