Ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün yaralandı

Ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün yaralandı
  04 Noyabr 2023    Oxunub:1342
Noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti