"Yeraltı anbarlara 2 milyard kubmetr qaz vurulub"

   "Yeraltı anbarlara 2 milyard kubmetr qaz vurulub"
  03 Noyabr 2023    Oxunub:1217
Bu il payız-qış mövsümünə hazırlıq çərçivəsində yeraltı qaz anbarlarına 2 milyard kubmetrə qədər qaz vurulub.
AzVision.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə görüşü zamanı deyib. O qeyd edib ki, bu, qış mövsümündə temperaturun kəskin dəyişməsi zamanı tələbata uyğun olaraq istehlakçıları fasiləsiz təbii qazla təmin etməyə imkan verəcək:

"Biz qışa tam hazırıq, təmir-bərpa işləri yekunlaşıb, eyni zamanda qazın ehtiyatı da aparılıb. Lakin qəzalar istisna deyil, onlar da ən qısa zamanda aradan qaldırılacaq".
R.Əhmədov hal- hazırda ölkədə qazın təzyiqi ilə bağlı problem olmadığını da vurğulayıb:
"Təzyiqlə bağlı çətin vəziyyət o zaman yarana bilər ki, qazın həcmində olsun. Belə bir problem yoxdur. Lakin ara-sıra belə çağırışlar olur, bu da normaldır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti