"Hava şəraiti ilə əlaqədar qazın istehlakı azalıb" - "Azəriqaz"

   "Hava şəraiti ilə əlaqədar qazın istehlakı azalıb" -    "Azəriqaz"
  03 Noyabr 2023    Oxunub:1243
"İsti hava şəraitini ilə əlaqədar qazın istehlakı azalıb"
AzVision.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. İnun sözlərinə görə, SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 2 noyabr 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 14 milyon 82 min kubmetr təşkil edib.

"Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 9 milyon 521 min kubmetr, regionlar üzrə isə bu rəqəm 4 milyon 561 min kubmetr olub. Ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 20 mln. kubmetr səviyyəsində olub. Beləliklə, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin 2 noyabr tarixinə “Azəriqaz” 6 mln. kubmetr az qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti