Həbibin adı HƏMAS-a atılan mərminin üzərinə yazıldı - VİDEO

 Həbibin adı HƏMAS-a atılan mərminin üzərinə yazıldı    - VİDEO
  02 Noyabr 2023    Oxunub:1112
İsrailin Qarışıq Döyüş Növləri (MMA) üzrə idmançısı Haim Qozali "X" sosial şəbəkəsində mərmiləri əks etdirən görüntülər yayıb.
Mərmilərdən birinin üzərində isə Həbib Nurmaqomedov, Hamzat Çimaev, İslam Maxaçev və Belal Məhəmmədin adları yazılıb.

"Bu, məndən siçovullar üçündür", - deyə, Qozali paylaşımda yazıb.

Qeyd edək ki, mərminin üstündə adı yazılan MMA döyüşçüləri İsraillə münaqişədə olan Fələstini dəstəkləyiblər. Çimaev hətta Çeçenistan rəhbəri Ramzan Kadırovdan onu döyüş bölgəsinə göndərməyi xahiş edib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Mərmi  





Xəbər lenti