Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib

   Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib
  02 Noyabr 2023    Oxunub:3000
Əməkdar artist Gülbahar Şükürlü xəstəxanaya yerləşdirilib.
Qarmon ifaçısının səhhətində yenidən problem yaranıb. O, artıq bir neçə gündür xəstəxanadadır.

G.Şükürlünün telefonuna cavab verən və özünü onun yaxını kimi təqdim edən xanım Axşam.az-a açıqlamasında "Hazırda vəziyyəti yaxşıdır. Belə getsə, xəstəxanadan evə buraxılacaq. Müalicəsi davam edir" sözlərini söyləyib.

Qeyd edək ki, aparıcı Elgiz Əkbər G.Şükürlünün başında yenidən şiş aşkarlandığını açıqlamışdı. Musiqiçi saytımıza açıqlamasında şişin xoşxassəli olduğunu, həkimlərin əməliyyata ehtiyac olmadığını deyib.

Xatırladaq ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti