Coli Qəzza zolağına hücumlara görə İsraili qınadı

   Coli Qəzza zolağına hücumlara görə İsraili qınadı
  02 Noyabr 2023    Oxunub:1457
Amerikalı aktrisa, keçmiş xoşməramlı səfir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçmiş xüsusi nümayəndəsi Ancelina Coli İsrailin Qəzza zolağına endirdiyi zərbələri pisləyib. O, bu barədə İnstaqram hesabında yazıb.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında atəşkəsi dəstəkləməyən dünya liderləri də İsrailin “cinayətlərində” əli var. O, Qəzza zolağında baş verənləri “tələyə düşmüş və qaçmağa yeri olmayan əhalinin qəsdən bombalanması” adlandırıb.

Aktrisa vurğulayıb ki, qurbanların 40%-i uşaqlardır və bütün ailələr bombardman altında ölür. Eyni zamanda, mülki əhali dərman, humanitar yardım və ərzaqdan məhrumdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti