Ucarda mal-qara kütləvi tələf olub

   Ucarda mal-qara kütləvi tələf olub
  02 Noyabr 2023    Oxunub:819
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzi Ucarda çoxlu sayda mal-qaranın tələf olması barədə məlumat yayıb.
Qurumdan AzVision.az -a verilən məlumatda bildirilib ki, noyabrın 1-də rayonun Yuxarı Şilyan kəndindən iribuynuzlu heyvanların kütləvi şəkildə tələf olması ilə bağlı məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Baxış zamanı 15 mülkiyyətçiyə məxsus 26 baş iribuynuzlu heyvanın tələf olması məlum olub. Tələf olmuş iribuynuzlu heyvanlardan 23 başı gecə saatlarında, 3 başı isə səhər saaatlarında zərərsizləşdirilməsi təmin olunub. Eyni amanda 8 baş iribuynuzlu mal-qaranın gecə saatlarında müalicə olunması təmin olunub.

Qeyd olunub ki, 6 baş tələf olmuş iribuynuzlu heyvandan pataloji-anatomik yarma aparılaraq nümunələr götürülüb. Nümunələr analiz üçün Qida Təhlükəsizlik Agentliyinin Ucar regional bölməsinə təhvil verilib. Hazırda əraziyə bitkilərdən və ərazidki su mənbələrindən analizlərin götürülməsi məqsədilə mütəxəsislər cəlb olunub.

Eyni zamanda Ucar rayon HSBX-nın əməkdaşları və özəl baytar həkimləri əraziyə cəlb olunaraq xəstə heyvanların müalicəsini davam etdirməklə, digər heyvanlarda da hər hansı bir şübhəli əlamətlərin olub-olmaması ilə bağlı müşahidələr aparır.

AzVision.az



Teqlər:





Xəbər lenti