Gəncədə öldürülən qadın müğənni imiş

   Gəncədə öldürülən qadın müğənni imiş
  02 Noyabr 2023    Oxunub:1007
Bu gün səhər saatlarında Gəncədə törədilən qətlin bəzi təfərrüatları məlum olub.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş.

Bacısını qətlə yetirən Kəlbəcər sakini saxlanıldı
Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti