Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub

Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub
  01 Noyabr 2023    Oxunub:838
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunun heyətində növbəti qolunu vurub.
AzVision.az xəbər verir ki, 26 yaşlı hücumçu "Oriolik"ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib.

Emreli Zaqreb təmsilçisinin heyətində ümumilikdə 7-ci qolun müəllifi olub.

Qeyd edək ki, "Dinamo" rəqibini 8:0 hesabı ilə məğlub edib.

AzVision.az



Teqlər:





Xəbər lenti