Dünya çempionatı: Azərbaycanın minifutbol yığması 1/4 finalda

      Dünya çempionatı:    Azərbaycanın minifutbol yığması 1/4 finalda
  01 Noyabr 2023    Oxunub:853
Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Mirmehdi Rzayev, Elvin Əlizadə və Rəvan Kərimov fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisinin ¼ finaldakı rəqibi Bolqarıstan- İngiltərə cütlüyünün qalibi olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti