"Ölkədə aqronom sayı ehtiyaclarımızdan daha azdır" - Nazir

   "Ölkədə aqronom sayı ehtiyaclarımızdan daha azdır" -    Nazir
  01 Noyabr 2023    Oxunub:1090
"Ölkəmizdə hüquqşünas sayı ehtiyacdan çoxdur. Lakin aqronom sayı ehtiyaclarımızdan daha azdır".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib. Onun sözlərinə görə, müəssisələrdə texniklər, orta ixtisas təhsillilər çox azdır:

"Sizə bir misal çəkim. Bu yaxında kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə müzakirə apardıq. Orada bildirildi ki, ölkədə günə 25 manatdan aşağı ağac budayan şəxs tapmaq olmur. Hesablayanda onlar 25 gün ərzində kənd yerlərində 700-800 manat əməkhaqqı qazana bilirlər. Hələ ağacbudama sezonunda onların göstərdiyi xidmət 50 manata qalxır. Amma bu gün bizim ixtisaslı işçilərimiz onu qazanmır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti