Veteran cüdoçularımız qızıl və bürünc medal qazandılar - FOTOLAR+VİDEO

 Veteran cüdoçularımız qızıl və bürünc medal qazandılar -    FOTOLAR+VİDEO
  31 Oktyabr 2023    Oxunub:1747
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə usta cüdoçular arasında dünya çempionatı başlayıb.
Çempionatda 65 ölkədən 1000-dən çox idmançı iştirak edir. Azərbaycan yarışda kişilər arasında 8 yaş kateqoriyası üzrə 49 idmançı ilə, qadınlar arasında isə M5 yaş kateqoriyası üzrə -70 kq. çəkidə Zülfiyyə Hüseynova ilə təmsil olunur. Veteranlardan ibarət komandamıza baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edir.

Yarışın ilk günüdə M6-100 kq çəki dərəcəsində Azər Əsgərov qızıl, M8-100 çəki dərəcəsində Arif Qasımov bürünc medal qazanıb.








AzVision.az


Teqlər: Cüdo   İdman  





Xəbər lenti