"Daha çox insan öldürməli və ən böyük silahlarımız olmalıydı" - Şvartsenegger

   "Daha çox insan öldürməli və ən böyük silahlarımız olmalıydı" -    Şvartsenegger
  31 Oktyabr 2023    Oxunub:1748
Avstriya əsilli amerikalı aktyor Arnold Şvartsenegger bir neçə gün əvvəl “The Graham Norton Show” verilişinin qonağı olub.
Şvartsenegger proqramda Silvestr Stallone ilə aralarında olan rəqabətdən danışıb.

“Kinoda rəqib idik, amma rəqabəti həddindən artıq həddə çatdırdıq. Ən yaxşı bədənə sahib olmalıydıq, filmlərimizdə daha çox insan öldürməliydik və ən böyük silahlarımız olmalıydı. Rəqabətimiz nəzarətdən çıxdı və biz bir-birimizi relsdən çıxarmağa çalışdıq”.
"Üç xəbərdarlıqdan sonra alnına atəş açın" - Kadırov


Sonradan həmkarı ilə yaxın dost olan Şvartsenegger bunun hekayəsindən də söz açıb.

"İkimiz də "Planet Hollywood"a sərmayə qoyanda birlikdə dünyanın 4 yanına uçmağa başladıq. O, gözəl insandır və artıq bir-birimizdən ayrıla bilmərik", - aktyor deyib.

Digər tərəfdən Stallone etiraf edib ki, Terminator ulduzu daha yaxşı döyüş qəhrəmanı idi. O, Şvartsenegger haqqında: "Bütün cavablar, vücud və güc onda idi. Onun xarakteri bu idi. O, bir nömrə olmaq istəyirdi. Təəssüf ki, oraya çatdı".

İki Hollivud əfsanəsi “The Expendables” və “Escape Plan” filmlərində də birlikdə kamera qarşısına keçib.




Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti