Messi 8-ci dəfə “Qızıl top”u aldı

 Messi 8-ci dəfə “Qızıl top”u aldı
  31 Oktyabr 2023    Oxunub:1715
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.
ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusu adına layiq görülüb. 36 yaşlı forvarda mükafatı onun çıxış etdiyi klubun sahibi olan britaniyalı əfsanəvi futbolçu Devid Bekhem təqdim edib.

Erlinq Haaland “Qızıl top”un səsverməsində ikinci, Kilian Mbappe isə üçüncü yeri tutub. Qeyd edək ki, Lionel Messi karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti