Yolu təmizləyən qadını maşın vurub öldürdü

Yolu təmizləyən qadını maşın vurub öldürdü
  30 Oktyabr 2023    Oxunub:1051
Bakıda təmizlik işçisini avtomobil vurub.
Bununla bağlı AzVision.az -a Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, hadisə bu gün səhər Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sürücü, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Sabunçu rayonu Maştağa qəsəbəsindəki Zeytun Emalı müəssisəsinin ərazisində yaşayan 06.05.1997-ci il təvəllüdlü İlkin Vüqar oğlu Şirinov idarə etdiyi “Fiat Doblo” markalı “99-CK-457” dövlət nömrə nişanlı avtomobillə yol kənarında təmizlik işləri görən Tovuz rayonu Lazılar kənd sakini 10.12.1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədovanı vurub.

Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi vəfat edib.

AzVision.az


Teqlər:





Xəbər lenti