Prezident Kamran Musayev və Arif Hüseynovu təltif etdi

  Prezident Kamran Musayev və Arif Hüseynovu təltif etdi
  30 Oktyabr 2023    Oxunub:1321
Xalq rəssamı Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

A.Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Qeyd edək ki, Xalq rəssamı Arif Hüseynovun bu gün 80 yaşı tamam olur.

Bundan başqa, Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, K.Musayev 1973-cü ilin oktyabrın 30-da Qərbi Azərbaycanın Göllü kəndində anadan olub. O, hazırda ürək-damar cərrahı, tibb elmləri doktoru, professor, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədridir.

Bu gün K.Musayevin 50 yaşı tamam olur.

AzVision.az


Teqlər:





Xəbər lenti