"Liverpul"lu futbolçunun qaçırılan anası xilas edildi

   "Liverpul"lu futbolçunun qaçırılan anası xilas edildi
  29 Oktyabr 2023    Oxunub:1282
"Liverpul"un kolumbiyalı futbolçusu Luis Diazın Kolumbiyada qaçırılan anası xilas edilib. Bu barədə Milli Polis rəisi Uilyam Salamanka sosial şəbəkədəki X səhifəsində bildirib.
Daha əvvəl bildirilmişdi ki, Kolumbiyanın təhlükəsizlik qüvvələri Luis Diazın valideynlərinin ölkənin şimalında oğurlanması faktını araşdırır.

Yerli KİV-in məlumatına görə, idmançının valideynləri yanacaqdoldurma məntəqəsində dayanan zaman silahlı şəxslər tərəfindən qaçırılıb. Onlar oğurluq yerindən şəxsi avtomobilləri ilə aparılıblar.

Qeyd edək ki, Luis Fernando Diaz Marulanda İngiltərənin "Liverpul" futbol klubunun 26 yaşlı hücumçusudur. O, 2022-ci ildə bu komanda ilə müqavilə imzalamadan əvvəl Portuqaliyanın "Porto" klubunda çıxış edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti