Gömrükdə külli miqdarda gümüş aşkarlandı

Gömrükdə külli miqdarda gümüş aşkarlandı
  28 Oktyabr 2023    Oxunub:1396
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti