Sumqayıtdakı silahlı hücumda yaralananların son vəziyyəti

   Sumqayıtdakı silahlı hücumda yaralananların son vəziyyəti
  28 Oktyabr 2023    Oxunub:1200
Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb. Bildirilib ki, onlardan Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

AzVision.az


Teqlər:





Xəbər lenti