"Qarabağ"a qol vuran ən yaxşı futbolçu adına namizəd oldu

   "Qarabağ"a qol vuran ən yaxşı  futbolçu adına namizəd oldu
  27 Oktyabr 2023    Oxunub:1508
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
AzVision.az xəbər verir ki, siyahıda qrup mərhələsində "Qarabağ"ın rəqibləri olan iki komandadan futbolçu var. Bunlar “Bayer”dən Florian Virts, “Molde”dən Volf Eikremdir.

Eyni zamanda. “Liverpul”dan Rayan Qravenberx və “Frayburq”dan Vinçenso Qrifo namizəd göstərilib.

Qeyd edək ki, Virts “Qarabağ”a qalib gəldikləri oyunda (5:1) 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti