Fələstini dəstəklədiyi üçün 7 oyunluq cəza aldı

   Fələstini dəstəklədiyi üçün 7 oyunluq cəza aldı
  26 Oktyabr 2023    Oxunub:1067
Fransa Peşəkar Futbol Liqasının nizam-intizam komitəsi “Nitsa”nın müdafiəçisi Yusuf Atalı 7 oyunluq cəzalandırıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb əlcəzairli futbolçunun sosial şəbəkə hesabında Fələstinə dəstək verməsi olub.

27 yaşlı futbolçu daha sonra paylaşımını silib və üzr istəyib. Buna baxmayaraq, federasiya futbolçunun siyasi şüar səsləndirməkdə günahlandırıb. Onun diskvalifikasiyası oktyabrın 31-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Atal 2018-ci ildən "Nitsa"da çıxış edir. Bu mövsüm o, 6 oyun keçirib və 1 qol vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti