Meksika çempionata qalibiyyətlə başladı: 1-0 - VİDEO

Meksika çempionata qalibiyyətlə başladı: 1-0  - VİDEO
  14 İyun 2014    Oxunub:974
Braziliyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
AzVision.az xəbər verir ki, bu gün Natal şəhərindəki “Estadio das Dunas” stadionunda “A” qrupunda mübarizə aparan Meksika və Kamerun yığmaları qarşılaşıblar.

Kolumbiyalı baş hakim Vilmar Roldanın idarə etdiyi oyunda hesabı 61-ci dəqiqədə Meksika komandasının 19 nömrəli futbolçusu Peralta açıb.

Görüşdə qalan vaxt ərzində hesab dəyişməyib. Meksika komandası Kamerun yığmasını məğlub edərək dünya çempionatına qalibiyyətlə başlayıb.




Teqlər:  





Xəbər lenti