Şəkidə yetkinlik yaşına çatmayan şəxs qətl törətdi

   Şəkidə yetkinlik yaşına çatmayan şəxs qətl törətdi
  26 Oktyabr 2023    Oxunub:1313
Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Şəki Rayon Prokurorluğundan bildirilib. Qeyd olunub ki, araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti