"Barselona" "Şaxtyor"u evdə məğlub edib

"Barselona" "Şaxtyor"u evdə məğlub edib
  25 Oktyabr 2023    Oxunub:1072
İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Şaxtyor" klubuna qalib gəlib.
AzVision.az xəbər verir ki, Barselonada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kataloniyalıların qollarını Ferran Torres və Fermin Lopez Martin vurub.

Qonaqların yeganə qolunu Georgi Sudakov vurub.

Üçüncü görüşdə qazandığı üçüncü qələbə sayəsində “Barselona” H qrupunda liderliyini möhkəmləndirib. Komandanın 9 xalı var. “Şaxtyor” üç xalla üçüncü pillədə qərarlaşıb.

Digər matçda isə E qrupunda "Feyenord" (Niderland) - "Latsio" (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib.

Hesab 3:1 meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Santyaqo Ximenes (2), Ramiz Zerruki və Latsiodan Pedero vurub.

AzVision.az



Teqlər:





Xəbər lenti