Şuşa təmsilçisi Çelenc Kubokuna qələbə ilə başlayıb

Şuşa təmsilçisi Çelenc Kubokuna qələbə ilə başlayıb
  25 Oktyabr 2023    Oxunub:876
Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası Çelenc Kubokunda mübarizəyə başlayıb.
AzVision.az -ın məlumatına görə, Şuşa təmsilçisi 1/32 final mərhələsinin ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gəlib.

Bakıdakı Voleybol Mərkəzində reallaşan qarşılaşma Azərbaycan komandasının 3:0 (25:23, 25:21, 27:25) hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab görüşü sabah eyni arenada gerçəkləşəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti