"Qarabağ" TOP-10-luqda 2-ci oldu

   "Qarabağ" TOP-10-luqda 2-ci oldu
  25 Oktyabr 2023    Oxunub:901
UEFA Avropa Liqasının rəsmi sosial şəbəkə səhifələri bu yarışın iştirakçısı olan komandaların son 5 matçdakı çıxışına əsasən TOP-10 siyahısını hazırlayıb.
AzVision.az xəbər verir ki, siyahı komandaların Avropa Liqası və daxili liqadakı nəticələrinə əsasən tərtib olunub. Siyahıda ilk pilləni Almaniyanın "Bayer" klubu başçılıq edir. Onlar 2 Avroliqa və 3 yerli liqa olmaqla son 5 oyunun hamısında qələbə qazanıblar.

Reytinqdə ikinci yeri isə "Bayer"in qrupdakı rəqibi olan "Qarabağ" tutur. Azərbaycan təmsilçisi son 5 matçdakı oyunlardan 4-də qalib gəlib, yalnız son turdakı görüşdə heç-heçə edib.

İlk üçlüyü Avstriyanın "Şturqm" komandası qapayır (4 qələbə, 1 məğlubiyyət).

Siyahı tam olaraq aşağıdakı kimidir:



AzVision.az


Teqlər:





Xəbər lenti