Keçmiş məhkum qətlə yetirildi

Keçmiş məhkum qətlə yetirildi
  24 Oktyabr 2023    Oxunub:926
Bakıda qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
AzVision.az



Teqlər:





Xəbər lenti