Böyük Dəbilqə: Azərbaycanın 8 cüdoçusu mübarizəyə başlayır

      Böyük Dəbilqə:    Azərbaycanın 8 cüdoçusu mübarizəyə başlayır
  24 Oktyabr 2023    Oxunub:1023
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabida keçirilən Böyük Dəbilqənin birinci günündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq.
AzVision.az xəbər verir ki, ilk olaraq 5 çəki dərəcəsində 8 idmançı mübarizəyə başlayacaq.

Kişilər arasında 60 kq-da Rövşən Əliyev, Əhməd Yusifov, 66 kq-da Kəramət Hüseynov və Ruslan Paşayev medal qazanmağa çalışacaqlar.

Qadınlarda isə 48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, 57 kq-da isə Fidan Əlizadə güclərini sınayacaqlar.

Qadınlar

48 kq
Leyla Əliyeva - Mireya Lapuerta Komas (İspaniya)

52 kq
Gültac Məmmədəliyeva - Annika Vurfel (Almaniya)
Aydan Vəliyeva - Çarne Qrisel (Cənubi Afrika Respublikası)

57 kq
Fidan Əlizadə - Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)

Kişilər

60 kq
Rövşən Əliyev - Ayub Bliyev (Fərdi Neytral İdmançılar)
Əhməd Yusifov – Adel Hamada (Misir)

66 kq
Kəramət Hüseynov - Daiki Bouba (Fransa)
Ruslan Paşayev - Matteo Piras (İtaliya)

Qeyd edək ki, Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti