Gürcüstanda yaşayan soydaşlarımız arasında bilik yarışması keçirilib

Gürcüstanda yaşayan soydaşlarımız arasında bilik yarışması keçirilib
  23 Oktyabr 2023    Oxunub:1700
SOCAR-ın dəstəyi ilə Gürcüstanda yaşayan soydaşlarımızın elmə marağının, bilik və bacarıqlarının artırılması, savadlı gənclərin üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Marneulidə "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə “Tusi” riyaziyyat klubunda bilik yarışması keçirilib.

İki mərhələdən ibarət yarışda Marneuli və Bolnisi rayonlarından 40 məktəbli iştirak edib. Şagirdlər 8 komandada mübarizə aparıblar.
Riyaziyyat müəlliməsi Günel Abdullayevanın rəhbərliyi ilə keçən yarışda "Silindir" komandası 49 balla qalib olub. Layihə rəhbəri Emin Əhmədov bildirib ki, yekunda qalib komanda sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.
"Tusi" riyaziyyat klubunda bu kimi bilik yarışmalarının mütəmadi keçiriləcəyi bildirilib.(AZƏRTAC)

AzVision.az



Teqlər:





Xəbər lenti