“Fənərbağça” ardıcıl doqquzuncu qələbəsini qazanıb

   “Fənərbağça” ardıcıl doqquzuncu qələbəsini qazanıb
  22 Oktyabr 2023    Oxunub:1594
Türkiyə Superliqasında IX turun oyunları davam edir.
Bu gün daha dörd oyun keçirilib. Çempionatın lider komandası "Fənərbağça" öz meydanında "Hatayspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Sebastyan Şimanski, 15-ci dəqiqədə Osayi Samuel, 39-cu dəqiqədə Edin Ceko və 63-cü dəqiqədə İrfan Can Kahveci vurublar. Qonaqlardan isə 55-ci dəqiqədə Fauzi Qulam və 90+4-cü dəqiqədə Rayan Abid fərqləniblər. Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan "Fənərbağça" turnir cədvəlinə başçılıq edir. "Hatayspor" 14 xalla altıncıdır.

Günün digər matçlarında "Kasımpaşa" səfərdə "Sivasspor"a 1:0, "İstanbulspor" evdə "Ankaragücü"nə 2:1 hesabı ilə qalib gəlib, "Samsunspor" isə "Başakşehir"lə qolsuz heç-heçəyə razılaşıb.


AzVision.az



Teqlər:





Xəbər lenti