Ödənişli yolda radar olacaq?

   Ödənişli yolda radar olacaq?
  21 Oktyabr 2023    Oxunub:1420
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsidir. Artıq həm şimaldan, həm cənubdan ölkəmizə daxil olan tranzit, həmçinin daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli ödənişli yolun standartlara uyğun olaraq sürətli yol kimi inşa edildiyini və hər bir istiqamətdən xüsusi çəpərlər vasitəsilə bağlandığını qeyd edib:

“Bu yola hər hansı maneənin çıxmasının qarşısının alınması üçün görülən tədbirdir. Onu da qeyd edim ki, sürücü A nöqtəsindən B nöqtəsinə sürəti dəyişmədən eyni sürətlə hərəkət etmək imkanı qazanır. Çünki yolda təhlükəsizlik tam formada təmin edilib. Avtomobil yolu boyunca zəruri olan kamera və digər avadanlıqlar yerləşdirilib. Zərurət yarandıqca bu avadanlıqların sayının artırılması da təmin ediləcək. Ehtiyac olarsa, radarlar da quraşdırılacaq.

Yeni yol köhnə yoldan 13 km daha qısadır. Sürücü mənzil başına vaxt etibarilə də daha tez və rahat çatacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışını edib.

AzVision.az


Teqlər:





Xəbər lenti