Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında öldü
  21 Oktyabr 2023    Oxunub:1415
Cəlilabad rayon sakini sükan arxasında qəfildən vəfat edib.
AzVision.az xəbər verir ki, ötən axşam 42 yaşlı Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı rayonunda hərəkətdə olarkən ölüb.

C. Babayevin ürəktutması nəticəsində vəfat etdiyi bildirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti