“Vikipediya”nın gürcü dili bölməsində Azərbaycana aid məqalələr zənginləşdiriləcək

“Vikipediya”nın gürcü dili bölməsində Azərbaycana aid məqalələr zənginləşdiriləcək
  20 Oktyabr 2023    Oxunub:2044
Bu günlərdə Gürcüstanın Marnueli rayonunda "Tea House"-da "İnkişaf və Təhsil Mərkəzi" və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə "Wiki - Club Marneuli"-nin növbəti təlimi keçirilib.
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb: "Qeyd edim ki, bu müddət ərzində onlarla gənc Marneuli “Vikipediya” Klubunun layihəsindən faydalanıb, yüzlərlə məqalələr yaradılıb, çoxsaylı təlimlər keçirilib, könüllülər yerli və xarici konfranslarda iştirak ediblər. Sevindirici məqam odur ki, gənclərin inkişafı üçün qoyulan əmək hədər getmir, gec ya tez öz bəhrəsini verir.
Bu günlərdə keçirilən təlimdə klubun yeni üzvləri də iştirak ediblər. Təlimlər “İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədovun təşkilatçılığı ilə “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov tərəfindən keçirilib. Xatırladım ki, layihə təşkilatlar arasında 6 oktyabr 2019-cu ildə imzalanmış memoranduma əsasən dörd ildir davam edir".

AzVision.az



Teqlər:





Xəbər lenti